Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koreyalı alimlər “OLED” panellə parçanı birləşdiriblər

Koreyalı alimlər “OLED” panellə parçanı birləşdiriblər

Date: 25 November 2016 10:35

"KAIST" istehsalçılar komandası tərəfindən ixtira edilmiş texnologiya "OLED" ekranla parçanı birləşdirəcək ki, bu da yeni səviyyəli daşınan elektronikanın yaradılmasına imkan verəcək. Xatırladaq ki, belə tip ekranlar kənar işıqlandırma tələb etmir, özləri işıq saçırlar. "OLED" ekranı elastik səthə yerləşdirmək mümkündür, ancaq bu halda onun möhkəmliyi və davamlılığı xeyli azalır.

"ICTnews" Elektron Xəbər Xidməti http://4pda.ru saytına istinadən yazır ki, "OLED" plastik səthlə müqayisədə tekstil üzərində daha elastikdir və rahat daşınan ekranların istehsalı üçün lazımi möhkəmliyə malikdir" – professor Çoy Kyunq-çul deyib.

Hazır parça 1000 saatdan çox işləyə bilər.

Belə texnologiyanın kütləvi istehsala çıxarılma müddəti haqda danışmaq hələ ki, tezdir.

Emil Hüseynov



Tags:  Koreyalı alimlər OLED panellə parçanı birləşdiriblər



RƏYLƏR


Top news