Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmədə OLAY: Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava

Məhkəmədə OLAY: Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava

Date: 25 November 2016 10:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, M.Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, M.Əhmədova yüksək cəza verilməsini məhkəmədən xahiş edib.

M.Əhmədov isə zərərin ödəniləcəyini deyib.

M.Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.

Daha sonra M.Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa mübahisə yaranıb.

Proses dekabrın 2-də davam etdiriləcək.



Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib. (apa)


Tags:  Məhkəmədə OLAY Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava

RƏYLƏR


Top news