Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD paytaxtı qan gölünə çevirdi: 77 ölü, 40 yaralı

İŞİD paytaxtı qan gölünə çevirdi: 77 ölü, 40 yaralı

Date: 25 November 2016 10:44

 

İraqın paytaxtı Bağdadın təxminən 60 km cənubunda yerləşən Əl Hilla qəsəbəsində partlayış qeydə alınıb.

 

Lent.az-ın xraici KİV-ə istinadən məlumatına görə, Kərbəla ziyarətindən qayıdan zəvvarların mindiyi avtobuslar Kərbəlanın təxminən 80 km cənubundakı Şomali qəsəbəsi yaxınlarında benzin stansiyasında dayanıb.

 

Bu arada stansiyada olan minalanmış yük maşını partladılıb. Partlayış zamanı əksəriyyəti şiə mənsubu olan 77 nəfər dünyasını dəyişib.

 

Təxminən 40 nəfərin də yaralandığı hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.

 


Tags:  İŞİD paytaxtı qan gölünə çevirdi 77 ölü 40 yaralı


RƏYLƏR


Top news