Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qəbələ" Dabonu yenə itirdi

"Qəbələ" Dabonu yenə itirdi

“Qəbələ” də xal itirdi, “Qarabağ” da (19 Mart 2017 21:48)
"Qəbələ" Zirədə xal itirdi - VİDEO (12 Fevral 2017 20:37)

Tarix: 25 Noyabr 2016 10:57


“Qəbələ”nin hücumçusu  Baqali Dabo Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. 


Fanat.Az xəbər verir ki, buna səbəb seneqallı futbolçunun Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qəbələ” – “Anderlext” matçında zədələnməsidir.


Dünən “Bakcell Arena”da baş tutan matçda xəsarət aldığı üçün zədəsini yeniləyən Dabonun ən azı 2 həftə oynamayacağı ehtimal olunur.


Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı noyabrın 29-da keçiriləcək.


Fanat.Az



Teqlər:  Qəbələ Dabonu yenə itirdi



RƏYLƏR


Top xəbərlər