“Nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb” - Abid Şərifov

“Nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb” - Abid Şərifov
11:04 25 Noyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır.

 

“APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.

 

“Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub”, - deyə A. Şərifov vurğulayıb.

 

A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolundan və Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən də danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir huba çevrilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR