Azərbaycanda son illər nəqliyyat infrastrukturunun inkişafına 20 mlrd. dollar yatırılıb

Azərbaycanda son illər nəqliyyat infrastrukturunun inkişafına 20 mlrd. dollar yatırılıb
11:07 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda son illər nəqliyyat infrastrukturunun inkişafına, yeni bərə terminalları, avtomobil yolları, ölkəni xarici dövlətlərlə birləşdirən dəmir yollarının yenidən qurulmasına təxminən 20 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb.
"Report" xəbər verir ki, bunu Bakıda işə başlayan "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunun açılış mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov dövlət başçısı İlham Əliyevin tədbir iştirakşılarına ünvanladığı müraciəti səsləndirərkən bildirib: "Bu gün tədbirdə iştirak edən hər bir iştirakçını salamlayıram və təşəkkürlərimi ifadə edirəm. Bu tədbirin Bakıda keçirilməsinin əhəmiyyəti böyükdür. Azərbaycanda nəqliyyat sahəsinin inkişafı hələ XIX əsrdə neftin hasilatı ilə başlayıb. Sovet dövründə ilk elektrik dəmir yolunun təməli də məhz Azərbaycanda qoyulub. Tarixi İpək Yolunun dirçəlməsinə dair beynəlxalq konfrans da mərhum prezident Heydər Əliyevin iştirakı ilə Azərbaycanda keçirilib və 12 dövlət başçısının iştirakı ilə çoxtərəfli müqavilələr imzalanıb". 
"Artıq Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair imzalanan çərçivə layihəsində də iştirak edir. Bu məqsədlə Astara çayı üzərində körpü tikilir. Layihə çərçivəsində mühüm rol oynayacaq Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun tikinti işlərinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulub. Həmçinin, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedəcək dəmir yolu dəhlizinin də tikintisinin bu il bitməsi gözlənilir. Hazırda Ələtdə xüsusi iqtisadi zonanın yaradılması da bu layihələrə böyük töhvə verəcək", - deyə A.Şərifov qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-son-iller-neqliyyat-infrastrukturunun-inkisafina-20-mlrd-dollar-yatirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR