Bakıda daha bir avtobus sürücüsü işdən azad edildi

Bakıda daha bir avtobus sürücüsü işdən azad edildi
11:17 25 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir avtobus sürücüsü işdən azad edilib.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı daxil olan şikayət əsasında qurumun mütəxəssisləri tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib.

Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən "90 BK 869" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.

Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR