Suriyada 1 türk hərbçisi şəhid olub, 5-i yaralanıb

Suriyada 1 türk hərbçisi şəhid olub, 5-i yaralanıb
11:32 25 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada davam edən “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 94-cü günü baş verən döyüşlər nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, 5-i yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Suriya "Azadlıq ordusu"nun 4 əsgəri də həlak olub, 25-i isə yaralanıb.
Türkiyə Silahlı Qüvvələri terrorçu İŞİD qruplaşmasının 101 hədəfini havadan və qurudan atəşə tutaraq, məhv edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/suriyada-bir-turk-herbcisi-sehid-olub-5-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR