Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq"

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq"
11:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT. AZ/ "Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. 
Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib. 
C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/cavid-qurbanov-baki-tbilisi-qars-demir-yolunun-tikintisi-gelen-ilin-ortalarina-kimi-yekunlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR