Rusiyanın məşhur jurnalı azərbaycanlı cərrahdan yazıb

Rusiyanın məşhur jurnalı azərbaycanlı cərrahdan yazıb
11:54 25 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada rus və ingilis dillərində nəşr olunan məşhur tibb jurnalı “Xirurgiya” azərbaycanlı cərrah Vaqif Seyidova məqalə həsr edib. Lent.az-ın məlumatına görə, məşhur cərrahın 75 illiyinə həsr olunan məqalədə onun həyat yoluna nəzər salınıb. Məqalədə yazılıb ki, Seyidov Vaqif Cavad oğlu 1 iyun 1941-ci ildə Zəyəm qəsəbəsində anadan olub.

1960-1966-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-proflaktika fakültəsində təhsil alıb. 1966-cı ildə Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunun klinik ordinaturaya daxil olub.

1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alıb.

1976-1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının Bakulyev adına instituta ezam olunub. 1979-cu ildə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adına layiq görülüb.

O, 1982-1983-cü illərdə Bakı şəhərinin, 1983-1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahi və eyni zamanda M.Topçubaşov adına Elmi-Cərrahi qastroeteroloji şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Əməkdar həkimi və SSRİ səhiyyə əlaçısıdır.

Professor mədəaltı vəz və öd yollarında aparılan bir sıra orijinal əməliyyatların müəllifidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları aparmışdır. 
Respublikamızda mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozun işləyib tətbiq etmişdir. O, 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin, 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olmuşdur. 10-a qədər namizədə və doktorlara rəhbərlik etmişdir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR