"Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır" - FOTO

"Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır" - FOTO
12:05 25 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Ramiz müəllim, 2016-cı ildə Coğrafiya İnstitutunun fəaliyyətini necə qiymətləndirirsiniz?
 
- Bu il Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, institutun alimləri - mən, elmi işlər üzrə direktor müavini Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmləri doktoru Zakir Eminov - həm müəllifi olduğumuz "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüşük. Dövlət mükafatı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bizə təqdim olundu. Mən bu mükafatı 2016-cı ildə bizim institutun ən böyük nailiyyəti hesab edirəm. Üçcildlik monoqrafiyada ölkənin coğrafi mövqeyi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri, ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemləri,  regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılıb, hərtərəfli tədqiq edilib. Monoqrafiya bir neçə il ərzində ərsəyə gəlib. Coğrafiya İnstitutunun mövcud olduğu 70 il və ondan əvvəlki illərdə Azərbaycan coğrafiyasına aid məsələlər bu kitabda sistemləşdirilib. Bu kitab hamı üçün faydalıdır. Mən fürsətdən istifadə edib, əməyimizə yüksək qiymət verdiyinə görə cənab prezidentə bir daha təşəkkür edirəm. 
 
- Coğrafiya İnstitutunda noyabrın 25-də onkoloji xəstəliklərin yayılmasında təbii şəraitin rolu mövzusunda elmi müdafiənin olması ilə bağlı elan yerləşdirilib. Bu haqda istərdim ətraflı məlumat verəsiniz...
 
- Bizim institutun aparıcı şöbələrindən biri Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsidir. Bu şöbə əsasən Azərbaycanın müxtəlif ərazilərindəki landşaft vahidlərində hansı dəyişikliklərin baş verdiyini öyrənir. Qeyd etməliyəm ki, şöbə hesabat ilində konkret olaraq Abşeron landşaftlarına olan antropogen təsirlərin öyrənilməsi ilə məşğul olub. Həm institutun, həm Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondunun ayırdığı vəsait hesabına Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin xəritələri tərtib olunub. Sizin sualınıza gəldikdə isə deməliyəm ki, biz landşaftların çirklənməsi ilə ölkə ərazisində xəstəliklərin yayılması arasında bir korrelyasiya aparırıq. Noyabrın 25-də Dissertasiya şurasında "Onkoloji xəstəliklərin yayılmasına təbii şəraitin təsiri" mövzusunda müdafiə olacaq. Bu həm coğrafi, həm tibbi, həm də sosial tədqiqatdır. Biz bu tədqiqat işi ilə Akademiyanın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü "Tədqiqatlar fənlərarası xarakter daşımalıdır" fikrinə dəstək vermiş oluruq.
 
- Qlobal iqlim dəyişiklikləri Azərbaycana təhlükə yarada bilər?
 
- Bildiyiniz kimi, bu gün dünyada iqlim dəyişiklikləri baş verir. Qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsiri qaçılmazdır. Lakin Azərbaycan ərazisində elə də böyük ekstremal hal müşahidə olunmur. Ən dinamik yerlər okeanlardır. Ən çox enerji mübadiləsi okeanlarda gedir və ən ekstremal hallar - tayfun və s. orada müşahidə olunur. Azərbaycanın burada bəxti gətirib. Çünki Azərbaycan materikin dərinliyindədir. Yəni okeanda yaranan aktivlik tədricən transformasiya olunub ölkəyə gəldikdə zəifləyir. Digər tərəfdən, Azərbaycan ərazisinin 60 faizi arid, yəni quraq ərazidir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisi hətta kiçik dəyişmələrə belə həssasdır. Bizim iqlimşünaslar, aqroiqlimşünaslar iqlim dəyişikliklərinin kənd təsərrüfatına, təbii şəraitə təsirini öyrənir. Sizə bir maraqlı məqamı da deyim. Böyük Qafqazın cənub yamacında yerləşən çayların sularının miqdarı dəyişməyib. Göstəricilərə görə dəyişməli idi, lakin dəyişməyib. Bu çox maraqlı nəticədir. Biz bunun səbəblərini araşdırdıq ki, niyə dəyişməyib. Axı  Kür və digər çayların suyunun səviyyəsi azalır.
 
"Xəzər dənizinin səviyyəsinin 1 metr dəyişməsi ekstremal hal deyil"
 
Araşdırma nəticəsində məlum oldu ki, qeyd olunan ərazidə lokal iqlim dəyişikliyi baş verir. Yəni bütün Azərbaycan üzrə yağıntıların miqdarı azalıb, lakin Böyük Qafqazın cənub yamacında yağıntıların miqdarı çoxalıb. Sual verə bilərsiniz ki, niyə çoxalıb? Bu artıq gələcəyin araşdırmasıdır. 
  
- Siz özünüz də hələ bir müddət əvvəl qeyd etmişdiniz ki, yaxın gələcəkdə Xəzər dənizinin səviyyəsində ekstremal dəyişiklik olmayacaq. Yenə də bu fikrinizdə qalırsınız?
 
- Hazırda Xəzər dənizində gəmimiz olmadığı üçün tədqiqatlar apara bilmirik. Amma tədqiqat aparmaq üçün daha müasir yollardan, kosmik təsvirlərdən istifadə edirik. Mən hər zaman demişəm və yenə deyirəm ki, Xəzər dənizinin səviyyəsinin 1 metr dəyişməsi ekstremal hal deyil. Əsrin əvvəlindən 1978-ci ilə qədər Xəzər dənizinin səviyyəsi 3 metrə yaxın enmişdi. Bu, ekstremal hal idi. Xəzər dənizinin bir cazibə səviyyəsi var. Cazibə səviyyəsi təqribən mənfi 28-27 metr arasındadır. Bundan narahat olmağa dəyməz. Sovet vaxtında Xəzər dənizində bütün layihələr bu hündürlüyə hesablanmışdı. Xəzər sahilində istər dövlət təsərrüfatında, istər şəxsi təsərrüfatla məşğul olan hər kəs bir şeyi bilməlidir ki, Xəzər dənizinin səviyyəsinin dəyişmə diapazonu mənfi 26-29 arasındadır. Buradan o tərəfə keçmək lazım deyil. Kim bundan o tərəfə keçəcəksə, bu, bumeranq effekti verəcək. Sahil zonasından istifadə zamanı mütləq strategiya olmalıdır.
 
- Xəzərin ekoloji vəziyyətini necə qiymətləndirirsiniz?
 
- Xəzərin ekoloji vəziyyətində intensiv pisləşmə müşahidə olunmur. Abşeronda və Kürün üstündə yerləşən ərazilərdə Azərbaycan dövləti təmizləyici qurğular yerləşdirib. Bu amil çirklənmənin mənbəyini xeyli azaltdı. Bir məsələni qeyd edim ki, Xəzər dənizində transmilli neft şirkətləri daha səliqəli, təmiz işləyir. Bizim neft buruqları, estakadalar köhnədir ki, bunlarda müəyyən problemlər yaranır. Dənizə müəyyən neft axıntıları, sızıntıları olur. Belə hallar var, lakin dövlət də buna qarşı tədbirlər görür.  
 
- Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləşib. Bəzi mütəxəssislər iddia edirlər ki, intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitələrin hərəkətini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bu nə dərəcədə doğrudur?
 
- Əlbəttə ki, kiçik bir ərazidə uzun müddət böyük ölçüdə neftin çıxarılması içəridə bir boşluq yaradır. Plitələr isə həmişə hərəkətdədir, onlar dayanmır. Amma birmənalı şəkildə Xəzər dənizində seysmik şəraitin aktivləşməsinə neft hasilatı səbəb olur demək düz deyil. Bunun ancaq müəyyən payı ola bilər. Plitə çox böyük anlayışdır. Dənizdən milyonlarla barel neft çıxartsan belə, həmin plitəni yerindən tərpətmək olmaz. Xəzər dənizində 2, 3 bal gücündə zəlzələ həmişə olub. Sadəcə, əvvəllər baş verən zəlzələlər ölçülmürdü.
 
- İstərdim Xəzər dənizinin status probleminə də toxunaq. Xəzərin bölünməsi hansı prinsip əsasında aparılmalıdır?
 
- Okeanların, dənizlərin bölünməsi haqda Cenevrə sazişi var. Okeanda olan şelf anlayışını Xəzərə tətbiq etmək olmur. Okeanda şelfin uzunluğu 200-300 kilometr, Xəzərdə isə 10-15 kilometrdir. Hazırda isə əsasən mediana prinsipinə üstünlük verilir. Bu prinsipə əsasən Xəzər sektorlara bölünür. Bu gün qeyri-rəsmi sektorlar var. Bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında razılıq var. Bizim problemimiz Türkmənistan və İranladır. Biz deyirik ki, Abşeronun burnu haradadırsa xətt oradan götürülməlidir. Çünki bizim sahil xəttimiz oradır.
 
"Böyük Qafqazın cənub yamacında lokal iqlim dəyişikliyi baş verir"
 
Türkmənlər təklif edirlər ki, siz yarımadanı kəsib xətti oradan götürün. Türkmənlərin dediyi kimi olanda onların "Sərdar", bizim "Kəpəz" adlandırdığımız yataq onların, biz dediyimiz kimi olanda isə həmin yataq hər iki ölkənin ərazisinə düşür. Biz türkmənlərə bu yatağı ortaq işləməyi təklif etmişik. Ümumiyyətlə, Türkmənistanın fikri daim dəyişən olub. İran isə deyir ki, 100%-i 5 yerə bölək, hər dövlətə 20% ərazi düşsün. İndi siz təsəvvür edin ki, Xəzər bu cür bölünsə təqribən Neftçalanın sahillərinə qədər olan sahədə Azərbaycan vətəndaşı ayağını suya sala bilməz ki, bu İranın sularıdır. Dünya praktikasında belə bir şey yoxdur. 
 
- Bu il oktyabr və noyabr aylarında düşən yağıntılardan sonra ölkə ərazisində sürüşmə sahələrinin sayı artıb. Sürüşmə sahələri ilə bağlı tədqiqatlar davam etdirilir?
 
- Son dövrlərdə yağan yağışlardan sonra yeni sürüşmə sahələri əmələ gəlib. Bizim institutun əməkdaşları tərəfindən Abşeron yarımadasında sürüşmə sahələrinin xüsusiyyətləri öyrənilir. Həmin sürüşmə sahələrinin xəritələri tərtib olunaraq Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlara təqdim olunacaq. 
 
- Bir müddət əvvəl Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürmüşdünüz. Bu təklifin reallaşması istiqamətində müvafiq addımlar atılacaq?  
 
- Bizim apardığımız tədqiqatlara əsasən, Azərbaycan ərazisinin təqribən 1/16 hissəsi Avropaya düşür, Azərbaycan da transkontinental ölkə olur. Qitələrin bölgüsündə okeanlar, dənizlərdən ibarət su və quru sərhədləri mövcuddur. Dağların su-ayrıcları, onların davamı kimi çaylar əsas götürülür.
 
"Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün"
 
O vaxt bölgü düzgün aparılmayıb, xətt Kuma-Manıç çökəkliyindən keçirilib. Bizim apardığımız bölgüdə qitələrin bölünməsinin coğrafi əsaslar var. Biz bu təklifin reallaşması üçün çalışacağıq.
 
- AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsinin vacibliyini qeyd edib. Sizin bu istiqamətində hansısa təklifləriniz var?
 
- Mən bu fikri hələ 10 il bundan qabaq demişəm. Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur.
 
- "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri ilə bağlı hansı işlər aparılır?
 
- Biz artıq 13 yol xəritəsi hazırlamışıq və bəzi baza xəritələri üzərində işləmişik. Orada biz təbii və texnogen fövqəladə halların həyatın hansı sahələrində özünü göstərdiyini qeyd etmişik.
 
 
 
- Azərbaycanda, iqlimdə quraqlıqlaşma meylinin artması müşahidə olunur?
 
- Əvvəla qeyd edim ki, bu il noyabrın son günlərində Azərbaycan ərazisində müşahidə olunan hava anomaldır. Digər tərəfdən isə, Azərbaycan ərazisində quraqlaşma meylinin artması dediyiniz kimi müşahidə olunmaqdadır. İstiləşmənin orta qiyməti 0,7 - 0,8 dərəcədir. Bəzi yerlərdə, xüsusən qərb regionlarımızda bu 1,5 dərəcədir. Lakin hər yerdə eyni deyil. Bura mövcud coğrafi şərait və başqa amillər təsir edir. 

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37

"Qalatasaray"ın "Ostersun" faciəsi - VİDEO

21 İyul 2017 09:37

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

21 İyul 2017 09:37

Bu günə olan məzənnə

21 İyul 2017 09:35

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

21 İyul 2017 09:33

6 nəfər İSTİDƏN öldü - Meksikada

21 İyul 2017 09:32

MilliÖn niyə işləmir? - FOTO

21 İyul 2017 09:32