Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yarışma ilə məşhurlaşan azərbaycanlı müğənnilər - siyahı

Yarışma ilə məşhurlaşan azərbaycanlı müğənnilər -  siyahı

Date: 25 November 2016 12:16

Sənət aləminin bəzi məşhur ifaçıları bir vaxtlar müxtəlif yarışmaların iştirakçısı olublar.

Axşam.az musiqi yarışmalarında tanınan və ondan sonra sənətini davam etdirən müğənnilərin siyahısını təqdim edir:

Əməkdar artist Nurlan Növrəsli “Azəri star” yarışmasının iştirakçısı olub.



Elton Hüseynəliyev də “Azəri star” müsabiqəsinin iştirakçılarından biridir. Yarışma bitəndən sonra da ifaçı sənətini davam etdirib.



Aysel Əlizadə “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olub.



Elvin Abdullayev “Yeni ulduz 4” müsabiqəsində yer alıb. Yarışmada ikinci yerə qədər gəlib çatıb.



İlhamə Qasımova “Yeni ulduz 4” müsabiqəsində birinci olub. Hazırda müğənni kimi fəaliyyətini davam etdirir.



Sevinc Musayeva da "Yeni ulduz"da yer alan və oradan tanınan ifaçılardandır.



Sevda Yahyayeva “Yeni ulduz” müsabiqəsinin üçüncüsü olub. Yarışmadan sonra da sənətini davam etdirib.



Ayaz Qasımov “Azəri star” yarışmasında iştirak edib.



Elnur Hüseynov “Sing you song” müsabiqəsində iştirak edib. Daha sonra “O səs Türkiyə” müsabiqəsinə qatılıb və birinci olub. Ötən il “Eurovision”da ölkəmizi təmsil edib.



Səmra Hüseynova “Səs Azərbaycan”da iştirak edib. “O səs Türkiyə” yarışmasına qatılıb. Azərbaycanın “Eurovision 2016” mahnı müsabiqəsinin təmsilçisi olub.


Tags:  Yarışma məşhurlaşan azərbaycanlı müğənnilər siyahı

RƏYLƏR


Top news