Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dindən yazan jurnalistlər üçün treninqlər başlayıb

Azərbaycanda dindən yazan jurnalistlər üçün treninqlər başlayıb

Date: 25 November 2016 12:17

Bakı. 25 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi ( QMİ) və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqin açılışı keçirilib.
“Report” xəbər verir ki, tədbirdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, məqsəd din xadimləri ilə jurnalistlər arasında münasibət yaratmaq.
O qeyd edib ki, mətbuata böyük ehtiyacları var: "Qələm müqəddəsdir. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, belə bir treninq təşkil olunur. Kursları təşkil etməkdə məqsədimiz jurnlistlərin köməyindən faydalanmıqdır. Hər bir çətinlikdə birlikdə olmalıyıq. Gələcəkdə "Şeyxülislam" mükafatı təsis etmək niyyətimiz var. Din sahəsində yaxşı yazan jurnalistləri mükafatlandırmaq lazımdır”.
A,Paşazadə onu da bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dindarlar üçün moziə kitabı hazırlanacaq.
O qeyd edib ki, bütün Azərbaycan vətəndaşları kimi dindarlar üçün də ən vacib məsəslə işğla olunmuş torpaların azad edilməsidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dövlət hər zama dinin yanındadır: "Din məsləsi çox həsas məslədir. Vaxtilə ölkələri başqa-başqa vasitələrilə işğal edənlər hazırda həmin işğal planlarını din pərdəsi altında həyata keçirməyə çalışırlar. Ona görə də bu sahədən yazan insanlar çox yaxşı məlumatlı olmalıdırlar”. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, mətbuat nümayəndələrinə dini mövzuda treninq keçirilməsində məqsəd bu mövzuda yazan jurnalistlərlə bir araya gəlmək və onlarla mövzu ətrafında müzakirələr aparmaqdır: “Dini mövzuda yazan jurnalist bu sahədə hərtərfli bilgiyə sahib olmalıdır. Kurs davamlı olacaq. Gələcəkdə başqa jurnalistlər də kurslara cəlb olunacaq. Kursa Azərbaycanda olan dini konfensiyaların nümayəndlərini də dəvət edəcəyik. şeyxülislam Allahşükür Paşazadənin irəli sürdüyü bu ideya dini mövzuda yazılmış yazılarda problemlərin qarşısnı alacaq”.


Tags:  Azərbaycanda dindən yazan jurnalistlər treninqlər başlayıb

RƏYLƏR


Top news