Türkan Şoraydan acı xəbər

Türkan Şoraydan acı xəbər
12:28 25 Noyabr 2016
189 Şou
Ölkə mətbuatı
A- A+

Maddi durumunun yaxşı olmadığı deyilən Türkan Şoray bir müddətlik Beykozda oteldə yaşamağa qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın yeni evi hazır olmadığı üçün bir müddətlik otelə yerləşib.

Türk kinosunun sultanı Türkan Şoray qızının prodüseri olduğu, özünün rejissorluq etdiyi "Uzaqlarda axtarma” filminin çəkilişlərindən sonra maddi baxımdan çətin vəziyyətə düşüb. Sənətkar borclarını ödəmək üçün sevgilisi Rüçhan Adlı ilə uzun illər yaşadığı villasını satmaq məcburiyyətində qalıb.

10 milyon 500 min dollara satdığı evini dərhal boşaltmaq məcburiyyətində qalan Şoray oteldə yaşamağa başlayıb. Borclarını ödədikdən sonra aktrisa yerdə qalan pulla keçmiş evi ilə müqayisədə sadə villa alıb. Sultan evdə təmir işləri bitmədiyi üçün otelə yerləşib. Aktrisanın təzə evinə tez-tez gedib dizayn işlərinə nəzarət etdiyi deyilir. Səhhətindəki problemlərdən dolayı pilləkənlərdən düşüb çıxmağa çətinlik çəkən Türkan Şoray yeni villasında liftin olmasını da istəyib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR