Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şənbə günü Azərbaycanda hava şəraiti yağmursuz olacaq

Şənbə günü Azərbaycanda hava şəraiti yağmursuz olacaq

Sabahın hava proqnozu (24 Mart 2017 12:58)
Havalar isinəcək (24 Mart 2017 12:42)
Havalar isinir - PROQNOZ (24 Mart 2017 12:39)

Tarix: 25 Noyabr 2016 12:32

Bakı. 25 noyabr. REPORT.AZ/ Sabah, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabr ayının 26-da paytaxt və yarımadadanın bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 26-sı axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı günlərdə meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Teqlər:  Şənbə günü Azərbaycanda hava şəraiti yağmursuz olacaq



RƏYLƏR


Top xəbərlər