"Avis"in rəhbəri məhkəmə zalından azadlığa buraxıldı

"Avis"in rəhbəri məhkəmə zalından azadlığa buraxıldı
12:33 25 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən "Avis" apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. O, E.Məhərova bəraət verilməsini istəyib.

E. Məhərov son söz deyib və o da barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, E. Məhərov barəsində 3 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı E. Məhərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitəsi, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Spirtli içkilər mikroskop altında necə görünür? ALİMLƏRDƏM MARAQLI GÖSTƏRİ

20 Avqust 2017 10:03

Hindistanda 360-dan çox insan daşqınların qurbanı olub

20 Avqust 2017 09:52

Fatimə saç düzümünü dəyişdi, Aygünə bənzədildi - FOTOLAR

20 Avqust 2017 09:43

Müdafiə nazirliyi bəyanat yaydı

20 Avqust 2017 09:39

Erməni silahlı qüvvələri atəşkəsi 127 dəfə pozub

20 Avqust 2017 09:37

İspaniyadakı terror aktının əsas təşkilatçısı Ripol şəhərinin imamı olub

20 Avqust 2017 09:23

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı

20 Avqust 2017 09:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək

20 Avqust 2017 08:57

Gələn həftədən “Sahil” metro stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq

20 Avqust 2017 08:33

Ən böyük loğman - ARI

20 Avqust 2017 08:03

Putin Netanyahu ilə görüşəcək

20 Avqust 2017 07:49

Oftalmoloq Aytən Sultanova: Sağlam gözlərdə göz təzyiqinin olması patoloji hal deyil

20 Avqust 2017 07:33

Yəhudilərə İspaniyanı tərk etmək çağırığı

20 Avqust 2017 07:09

Yüksək maaş verilən ölkələr - SİYAHI

20 Avqust 2017 07:03

Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlandı

20 Avqust 2017 06:33

ABŞ-da mitinqdə 27 nəfər saxlanıldı

20 Avqust 2017 06:24

Ağdaşda 6 otaqlı ev yandı

20 Avqust 2017 06:09

SOCAR-ın Gürcüstandakı şirkətləri Borjomi Milli Parkında müxtəlif növ ağac əkiblər

20 Avqust 2017 06:03

Yupiterin əvvəllər görünməmiş fotoları nümayiş olundu - FOTOLAR

20 Avqust 2017 05:33

Peterburqda maşın izdihama çırpıldı: ölən və yaralananlar var

20 Avqust 2017 05:04

Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT

20 Avqust 2017 05:03

Kral 400 terrorçunu əfv etdi

20 Avqust 2017 04:49

“Facebook”da yeni reklam növü tətbiq olunacaq

20 Avqust 2017 04:33

"KamAZ" və ev yandı

20 Avqust 2017 04:19

İnsanları il ərzində ən az işləyən ölkələr - SİYAHI

20 Avqust 2017 04:03

Terrorçular Barselonada kilsəni partlatmaq istəyirmişlər

20 Avqust 2017 03:19

Bakı "İnter"ində futbolçuların maaşları ödənilib

20 Avqust 2017 03:17

Könül Xasıyevaya qarşı dələduzluq

20 Avqust 2017 03:08

Adriana ilə türk sevgilisi bu hala qaldılar - FOTOLAR

20 Avqust 2017 02:58

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38