Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

9 dərəcə isti olacaq - Şənbə gününün havası

9 dərəcə isti olacaq - Şənbə gününün havası

Sabah Bakıda 12 dərəcə isti olacaq (23 Mart 2017 13:38)
Sabahın HAVAsı (23 Mart 2017 13:12)
Sabahın HAVASI: yağış, qar... (22 Mart 2017 12:58)

Tarix: 25 Noyabr 2016 12:34

Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən  məlumata görə, sabah havanın temperaturu gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, noyabrın 26-sı axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı günlərdə meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 


Teqlər:  dərəcə isti olacaq Şənbə gününün havası



RƏYLƏR


Top xəbərlər