Təşkilatçılar “ƏN Yeni İl” konsertində təşkil olunacaq lotereyada iştirakla bağlı vacib açıqlama verib

Təşkilatçılar “ƏN Yeni İl” konsertində təşkil olunacaq lotereyada iştirakla bağlı vacib açıqlama verib
12:42 25 Noyabr 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək “ƏN Yeni İl” adlı konsertə satılan hər biletin sahibi avtomatik olaraq stimullaşdırıcı lotereyanın iştirakçısı ola bilər. Bunun üçün bileti əldə edən şəxs tədbir günü stadiona gəlməli və xüsusi lotereya qabına öz biletinin kötüyünü atmalıdır.
Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, əgər hansısa tamaşaçanın bileti uduşlu çıxsa və o, həmin an stadionda olmasa belə qalib sayılır: “Qanunla təyin olunan vaxt müddətində biz onun bilet seriyasını bir neçə məlumat vasitələrlə elan edəcəyik”.
Stadiondan bilet alan hər bir tamaşıçıya biletlərini konsert müddətində və sonradan itirməmək məsləhət görülür.
Xatırladaq ki, əsas sürprizlər stimullaşdırıcı lotoreya vasitəsilə oynanılan mənzil, iki avtomobil və Macarıstana iki nəfərlik səyahətdir.
Konsertə biletləri iticket.az saytından, "ASAN xidmət" mərkəzlərindən və şəhərin bütün kassalarından 9 manatdan başlayan qiymətlərlə əldə etmək olar.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/teskilatcilar-en-yeni-i-l-konsertinde-teskil-olunacaq-lotereyada-istirakla-bagli-vacib-aciqlama-ver

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR