Azərbaycan və Ukrayna dəmir yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Ukrayna dəmir yolları arasında əməkdaşlıq memorandumu imzalanıb
12:42 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum, habelə strateji əməkdaşlıq haqqında "Transkonteyner" PSC və "Korporasiya Port Dalyan Ltd." müqavilə imzalayıblar. 
"Report" xəbər verir ki, bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC və "TransKonteyner" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" QSC arasında əməkdaşlıq haqqında memorandum, "RJD Stroy" SC ilə "Bakı Metropoliteni" QSC arasında əməkdaşlıq haqqında və Hindistan Nəqliyyat-Logistika Assosiasiyasılarının Federasiyası və "RJD Logistika" SC arasında strateji tərəfdaşlıq barəsində memorandum imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-ve-ukrayna-demir-yollari-arasinda-emekdasliq-memorandumu-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR