Babək prospektində oğurluq nömrə ilə hərəkət “Hyundai” aşkarlandı

Babək prospektində oğurluq nömrə ilə hərəkət “Hyundai” aşkarlandı
12:49 25 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobili idarə etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2013-cü il yanvarın 27-də Bakı şəhər sakini Müzəffər İsayevə məxsus “VAZ- 2107” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “Hyundai” markalı avtomobili noyabrın 23-də saat 01 radələrində paytaxtın Babək prospektində hərəkətdə olması DİN-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılıb.

 

Həmin avtomobilin paytaxt sakini Elnur Rəhimova məxsus olması müəyyən edilib və sürücüsü ilə birgə Nizami RPİ 25-ci PB-yə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR