Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliyanın yeni prezidenti də korrupsiyada ittiham olunur

Braziliyanın yeni prezidenti də korrupsiyada ittiham olunur

Date: 25 November 2016 12:57

Bakı. 25 noyabr. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer korrupsiyada ittiham edilir.
“Report” BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı Nazirlər Kabinetinə təzyiq göstərməklə öz maraqlarını təmin etməkdə günahlandırılır.
Məlumata görə, ölkənin keçmiş mədəniyyət naziri Marselo Kalero bildirib ki, M.Temer ondan başqa bir nazirə biznesdə yardım göstərməsini tələb edib.
M.Kaleronun sözlərinə görə, prezident ondan tarxi Salvador rayonunda elit yaşayış binasının tikilməsi üçün icazə verməsini istəyib. Keçmiş nazir deyib ki, həmin tikinti isə prezidentin hökumətin işi üzrə idarəsinin katibi Jeddel Viyer Limaya məxsusdur. 
M.Kalero mədəniyyət naziri vəzifəsindən ötən həftə istefa verib. O, nazir işləyərkən həmin layihənin qarşısını alınması haqda qərar verib. M.Kalero polisə ifadəsində deyib ki, prezident qərarını dəyişmək üçün ona təzyiq edirmiş.
Prezident M.Temer isə bütün iddialrı təkzib edib.
Qeyd edək ki, Braziliyanın keçmiş prezidenti Dilma Rusefə də korrupsiyaya görə etimadsızlıq göstərilmiş və istefaya göndərilmişdi.


Tags:  Braziliyanın yeni prezidenti korrupsiyada ittiham olunur

RƏYLƏR


Top news