Vergilər Nazirliyi RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarına qarşı 255 min manatlıq iddia qaldırıb

Vergilər Nazirliyi RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarına qarşı 255 min manatlıq iddia qaldırıb
12:57 25 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rabitə işi": Prokuror Vidadi Zeynalov və digərlərinə cəza istəyib (19 May 2017 13:17)
"Rabitə işi": Vidadi Zeynalovun vəkilləri məhkəməyə gəlməyiblər (17 May 2017 15:42)
Vidadi Zeynalovun vəkilləri məhkəməyə gəlmədi (17 May 2017 15:32)

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin (VN) 255 min manatlıq mülki iddia qaldırdığı elan olunub.
İclasda təqsirləndirilən S.Hünbətovun vəkili Vidadi Məmmədov vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini tələb edib.
Məhkəmə vəsatəti təmin etməyib.
V.Zeynalovun vəkili isə vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin sonda ifadə verməsini istəyib.
Hakim bildirib ki, vəsatətə sonra baxılacaq.
Daha sonra məhkəmə istintaqının başlanıldığı elan olunub. Dövlət ittihamçısı Fərid Nağıyev isə ittiham aktını elan edib.
V.Zeynalov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Prosesdə günün ikinci yarısına qədər fasilə elan olunub.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Saç uzatmaq üçün ən təbii üsullar

23 May 2017 16:37

Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

23 May 2017 16:36

Yaxın il yarımda “Apple” şirkətinin kapitallaşma dəyəri 1 trilyon dollara çata bilər

23 May 2017 16:35

Məktəbli qızı maşın vurdu - Dərsdən qayıdırdı

23 May 2017 16:32

"Bu Oyunlar göstərdi ki, Azərbaycanda bütün idman növləri inkişaf edir"

23 May 2017 16:32

Çingiz Hüseynzadə: "İslamiadada 162 yox, 250 medal qazanmışıq"

23 May 2017 16:32

​Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri görüşdü

23 May 2017 16:32

Putin prezident seçkilərinə müstəqil namizəd kimi qatılacaq?

23 May 2017 16:29

Gəncənin yetirməsi olan azərbaycanlı məşhurlar - SİYAHI - FOTOLENT

23 May 2017 16:29

Tarixin axarını dəyişən 9 mənasız təsadüf - FOTOLAR

23 May 2017 16:28

Zakir Həsənov: “Separatizmə və terrora qarşı birgə mübarizə aparmaq sahəsində razılığa gəldik”

23 May 2017 16:27

Baş Prokurorluq internet portalının rəhbərinə xəbərdarlıq edib

23 May 2017 16:27

Yığmamızın rəqibinin heyətində daha iki futbolçu

23 May 2017 16:27

Dünya Bankı Rusiya iqtisadiyyatı üzrə artım proqnozunu azaldıb

23 May 2017 16:27

Vətəndaşlara 700 min “atan” şəxsə şərti cəza verildi

23 May 2017 16:24

Ağstafada məktəbdən gələn 15 yaşlı qızı maşın vurub

23 May 2017 16:22

Türk müğənni azərbaycanlı pərəstişkarlarına: "Onların məni sevdiyi qədər..."

23 May 2017 16:22

Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı

23 May 2017 16:19

Dubayda ağır yol qəzası

23 May 2017 16:19

"İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib"

23 May 2017 16:17

Abituriyent: “Ən böyük arzum yüksək balla Bakı Ali Neft Məktəbinə daxil olmaq idi”

23 May 2017 16:17

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

23 May 2017 16:17

Misirdəki Azərbaycan diasporu: ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsilikdir

23 May 2017 16:16

Sabaha olan məzənnə açıqlandı

23 May 2017 16:15

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

23 May 2017 16:14

Eksternat imtahanlarının nəticələri açıqlandı

23 May 2017 16:13

Azərbaycanın zəfəri: İslam dünyası nə qazandı, biz nə?

23 May 2017 16:13

"Toppuş bacı"dan qayınanasına təriflər - VİDEO

23 May 2017 16:12

Bakıda yol qaydalarını kobud şəkildə pozan sürücü - VİDEO

23 May 2017 16:12

Azərbaycanlı müğənninin hamıdan gizlətdiyi oğlu

23 May 2017 16:10

Mançesterdə baş vermiş terror aktına dünya ulduzlarının reaksiyası

23 May 2017 16:08

5 ulduz futbolçu "Real"dan gedir - SİYAHI

23 May 2017 16:07

Azərbaycanlı məşhurların "İnstaqram"

23 May 2017 16:07

"Azərbaycana turist axını artacaq" - Prezident

23 May 2017 16:04

Mixail Zabelin: “ÜAK-ın yerində yeni təşkilat yaradıla bilər” - MÜSAHİBƏ

23 May 2017 16:03

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlılarının birgə hərbi təlimləri keçiriləcək

23 May 2017 16:02

Mayın 24-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

23 May 2017 16:01

Şah İsmayıl Xətainin vəsiyyəti

23 May 2017 16:01

Bacısını qaçıran dayısığlunu öldürüb, körpüdən atana 16 İL CƏZA

23 May 2017 15:59

Bakıda dayısı oğlunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

23 May 2017 15:57

Bakıda avtobusla "avtoş"luq edən sürücü həbs edildi - FOTO

23 May 2017 15:57

Şimali İrlandiya yığmasının hücumçusu Azərbaycan millisi ilə oyunu toyuna görə buraxacaq

23 May 2017 15:57

İmtahan nəticələri açıqlandı

23 May 2017 15:57

12 milyon dollarlıq dələduzluqda təqsirləndirilən tanınmış iş adamının məhkəməsi başladı

23 May 2017 15:55

XİN-dən “RİA Novosti”-yə ETİRAZ

23 May 2017 15:54

At əti satmaq istəyən zaman saxlanıldılar

23 May 2017 15:54

Yaponlar süni insan dərisi yaratdılar

23 May 2017 15:53

Əvvəlki illərdə orta təhsili başa vurmayanlar...

23 May 2017 15:51

Azərbaycan Prezidenti: IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb

23 May 2017 15:50

Əvvəlki illərdə orta təhsili başa vurmayanlar üçün keçirilən imtahanların nəticələri açıqlanıb

23 May 2017 15:50