Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranda iki sərnişin qatarı toqquşub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

İranda iki sərnişin qatarı toqquşub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Date: 25 November 2016 13:02

Bakı. 25 noyabr. REPORT.AZ/ İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” “Press TV”-yə istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib. 
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir. 


Tags:  İranda iki sərnişin qatarı toqquşub nəfər ölüb 11 nəfər yaralanıb

RƏYLƏR


Top news