Türk əsgərlərinə hücumun arxasındakı 4 ölkə - ŞOK SSENARİ

Türk əsgərlərinə hücumun arxasındakı 4 ölkə - ŞOK SSENARİ
13:03 25 Noyabr 2016
132 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatında iştirak edən türk əsgərləri məruz qaldığı hava hücumunda 4 şəhid verdi, 10-u yaralandı.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bölgədə Rusiya, ABŞ və Suriya təyyarələrinin olduğunu, amma dördüncü bir ölkənin də hücumda iştirak edə biləcəyini bildirib.

Taha Dağlı yazısında diqqət çəkən bir fotoşəkli xatırladıb. Bu fotoşəkildə ABŞ-a aid F-18 tipli döyüş təyyarəsi var. Amma burada bir anormallıq görünür. Təyyarənin qanadında sovet ulduzu var, eyni zamanda, rəngi Rusiya təyyarələrində olduğu kimi mavidir.

Bu fotoşəkli oktyabr ayında Kristian Borys adlı bir jurnalist ortaya çıxarıb. O, ABŞ-ın F-18 təyyarələrini mavi rəngə boyadığını, qanadlarına isə sovet ulduzu yapışdıraraq Rusiyanın Su-34 təyyarələrinə bənzətdiyini iddia etdi. Onun iddiasına görə, amerikalılar Suriyada bəzi yerləri Rusiya təyyarəsinə bənzədilən təyyarələrlə bombalayaraq hücumlara görə məsuliyyəti rusların üzərinə qoyurlar.

“İddianı ona görə gündəmə gətirirəm ki, Suriyada kimin əlinin kimin cibində olduğu, hansı ölkənin təyyarəsinin içində hansı ölkənin pilotunun olduğu tam olaraq bəlli deyil”, - yazar qeyd edib.

O, dünən Türkiyəyə qarşı iki hücumun həyata keçirildiyini xatırladır. Bunlardan biri Suriyada türk əsgərlərinə hava hücumu, digəri isə Türkiyənin Avropa İttifaqına üzvlüyünün dondurulmasını nəzərdə tutan qətnamə layihəsinin Avropa Parlamentində qəbuludur.

Taha Dağlı bildirir ki, Baş qərargah “Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu” deməklə hücumun arxasında kimin olduğuna dair heç nə bildirməyib.

Suriya rejimi də hücumla əlaqədar hər hansı bir şərh verməyib. Suriya Müdafiə Nazirliyi bölgədəki təyyarələrin İŞİD terrorçularını hədəf aldığını, türk əsgərləri ilə qarşı-qarşıya gəlmədiyini açıqlayıb.

“Suriyada hava gücündən istifadə edən üç güc var: Suriya, Rusiya və ABŞ-ın liderlik etdiyi koalisiya. Türk əsgərləri hava hücumunda şəhid oldular. Deməli, hücumu bu üç gücdən biri həyata keçirib. Ancaq ortada Türkiyəyə qarşı qurulan bir tələ də ola bilər. Türk əsgəri avqust ayından “Fərat Qalxanı” əməliyyatını həyata keçirir. Bundan ən çox narahat olan isə ABŞ və onların dəstəklədiyi PYD terror təşkilatıdır. Hücum noyabrın 24-də - Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasının birinci ildönümündə edilir. Ağıla ilk Rusiya gəlir. Rusiya ilə əlaqələrimiz olduqca yaxşıdır. Əsəd rejimi türk əsgərinin Suriyada olmasından narahatdır. Ancaq onların bu hücumu həyata keçirməsi üçün Rusiya və ya İrandan icazə alması lazımdır. Bu hücum tarixi Türkiyə-Rusiya əlaqələrini baltalamağa yönəlik bir addım da ola bilər”, - Taha Dağlı bildirib.

Onun sözlərinə görə, hücumun arxasından Əsəd də, amerikalılar da, İran da çıxa bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR