"Miss Top Model Azerbaijan" müsabiqəsi - ilk kastinqin tarixi və yeri məlum oldu

"Miss Top Model Azerbaijan" müsabiqəsi - ilk kastinqin tarixi və yeri məlum oldu
13:12 25 Noyabr 2016
194 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Miss Top Model Azerbaijan" müsabiqəsinin ilk kastingın tarixi və yeri məlum oldu.

Azərbaycanda ilk dəfə keçirilən milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan"ın ilk kastinqi 4 dekabr saat 12:00-da "Switch Venezia" klubunda keçiriləcək.

"Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər.

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında olan anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form).

Ərizə qəbulu dekabr ayının 2-də bitəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR