Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Messi: ""Barselona" tək məndən asılı deyil"

Messi: ""Barselona" tək məndən asılı deyil"

Date: 25 November 2016 13:12

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya Primerasının növbəti turunda keçirəcəkləri oyun və komandası barədə fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz bunları deyib:

"Çempionlar Liqasının pley-off mərhələsinə çıxmağımız birinci dəfə deyil. "Seltik"in stadionunda atmosfer əla idi. Həmin oyunda qazanılan nəticə və növbəti mərhələyə çıxmağımıza şadam. "Real Soseydad"la görüş çətin keçəcək. Onlar çox yaxşı oynayır və Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. "Anoeta"da meydana çıxmaq "Barselona" üçün çətin səfərlərdən olub. Bizi 4 xal qabaqlayan "Real"ı uzağa buraxmamaq üçün mütləq qalib gəlməliyik. "Barselona" tək məndən asılı deyil. Dünyanın ən yaxşı klubunda oynamaqda bəxtim gətirib. Bu klub heç kimdən asılı deyil".

Milli.Az


Tags:  Messi Barselona məndən asılı deyil

RƏYLƏR


Top news