Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Acından ölür deyə, toy mahnısı oxuyur" - İlhamə

"Acından ölür deyə, toy mahnısı oxuyur" -  İlhamə

Date: 25 November 2016 13:16

"Bir neçə ildir artıq toylara getmirəm. Gedəndə də şərtlərim olur. Toyda ancaq öz repertuarımı oxumalıyam".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olarkən deyib.

İfaçı bildirib ki, 6/8 ritmində mahnı oxumaqdan qorxur:

"Məndən soruşurlar ki, toyda ansamblın müşayəti ilə canlı oxuyarsan? Mən canlı oxumağı bacarıram, amma "yox" deyirəm. Xalq mahnılarımızı sevirəm, onları öyrənib oxuya bilərəm, amma qorxuram. Çünki verilişlərin birində estrada-vokal janrında oxuyan müğənnilər 6/8 ritmində mahnı səsləndirdilər. Onların üzünə gülən müğənnilər arxasınca dedilər ki, "Bu da acından ölür, özünü reklam edir ki, toy tutsun". İndi mən də qorxuram ki, arxamca deyəcəklər, acından ölür deyə, toy mahnısı oxuyur".


Tags:  Acından ölür deyə toy mahnısı oxuyur İlhamə

RƏYLƏR


Top news