Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qərar qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qərar qəbul edib

Date: 25 November 2016 13:22

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 24-də Ermənistan hökumətin qarşı iki qərar qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend "Azadlıq" radiosunun erməni xidmətinə istinadən məlumat verir.

Məhkəmə Ermənistan hökumətinə vətəndaşlara təzminat ödənilməsi barədə hökm çıxarıb.

Məhkəmə 2002-ci ildə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində həlak olmuş hərbçi Suren Muradyanın ailəsinə 50 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib. S.Muradyanın ailəsi Ermənistanın səlahiyyətli orqanları tərəfindən hərbçinin ölümü ilə bağlı obyektiv araşdırmalar aparılmadığını iddia edirdi.

Digər məhkəmə qərarı isə qətldə ittiham olunaraq həbs edilmiş Manuçaryana Ermənistan hökuməti tərəfindən 2400 avro təzminat ödənilməsi ilə bağlıdır. Manuçaryan bir neçə il əvvəl qətli etiraf etsə də, daha sonra ittihamı qəbul etməmişdi.

Milli.Az


Tags:  Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qərar qəbul edib

RƏYLƏR


Top news