Prezident: Qısa müddətdə ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır

Prezident: Qısa müddətdə ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır
13:28 25 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda 245 hündürmərtəbəli bina söküləcək" (21 Aprel 2017 13:32)
Masazır və Ramanada məcburi köçkünlər üçün yeni binalar tikilir (01 Aprel 2017 07:38)
Masazır və Ramanada məcburi köçkünlər üçün yeni binalar tikilir (31 Mart 2017 19:18)

Qısa müddətdə ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılış mərasimində deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün Sabunçu rayonunda yeni yaşayış binasının açılışını qeyd edirik. Son illər ərzində Bakıda və Bakıətrafı qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilmişdir. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib. Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir".

İlham Əliyev əlavə edib ki, bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir: "Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni, burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək. Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib. Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni, iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi. İndi isə siz gözəl mənzillərə köçürsünüz.

Bu, çox gözəl təşəbbüsdür, qeyd etdiyim kimi, pilot layihədir. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların bir hissəsinin tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm, sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur".

Prezident vurğulayıb ki, belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz: "Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.

Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir".

Azərbaycan Prezidenti qeyd edib ki, bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır: "Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını dəvət edirik. Yerli icra orqanları onlara bütün şərait yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək. Yəni, bu, bir ümumxalq hərəkatı olmalıdır. Bu binanın xüsusiyyəti məhz bundadır. Buna görə mən bu binanın açılışına gəlmişəm. Qeyd etdiyim kimi, Bakıda son illər ərzində yüzlərlə, minlərlə bina tikilib, ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, pilot layihədir və bu layihənin çox gözəl gələcəyi olacaq".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12

Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə

27 May 2017 23:08

Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub

27 May 2017 23:05

Həşəratlardan qurtulmaq üçün ev üsulları

27 May 2017 22:57

"Arsenal" mövsümü kubokla başa vurdu

27 May 2017 22:57

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib (FOTO)

27 May 2017 22:55

Türkiyədə zəlzələ

27 May 2017 22:53

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN

27 May 2017 22:52

Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?

27 May 2017 22:52

Yaşıl çayın faydaları və zərərləri

27 May 2017 22:51

Oruc tutan adamın günün çox hissəsini yatması düzgündürmü?

27 May 2017 22:47

Millimizin üzvü Slovakiya çempionatında dubl etdi

27 May 2017 22:47

Qaxda 15 yaşlı yeniyetməni maşın vurub

27 May 2017 22:42

Oruc tutanlara həkimlərdən yeni tövsiyyələr

27 May 2017 22:42

Müğənni Pərviz toy gününü açıqladı

27 May 2017 22:37

Marketlərdən pendir alarkən diqqətli olun

27 May 2017 22:37

Rus müğənni Mayamidə dincəlir - FOTO

27 May 2017 22:32

Həyatın özü onlardır - FOTO

27 May 2017 22:32

Düşənbədə “28 May – Respublika Günü” ilə bağlı rəsmi qəbul keçirilib (FOTO)

27 May 2017 22:29

Bu 7 növ çayı içməyin

27 May 2017 22:27

Rusiyanın ən yaşlı aktrisası vəfat etdi

27 May 2017 22:27

Tanınmış aktrisa vəfat etdi, xəbər az əvvəl yayıldı

27 May 2017 22:25

Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu

27 May 2017 22:22

2000-ci illərə damğa vuran məşhur serialın balaca qəhrəmanını TANIMAYACAQSIZ - FOTOLAR

27 May 2017 22:18

Müsəlman təqviminin aylarının adı nədir?

27 May 2017 22:17

Gecədə parladı, sonra oxudu - FOTO

27 May 2017 22:12

Ramazan ayında çəkini azaltmaq üçün tövsiyələr

27 May 2017 22:12

Eks baş nazirə sui-qəsd edildi

27 May 2017 22:07

İnstagram-ın rus gözəli - FOTO

27 May 2017 22:05

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?

27 May 2017 21:57

Həkimlər orucu şorba ilə başlamağı tövsiyə edir

27 May 2017 21:52

Mingəçevirdə oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının

27 May 2017 21:51

Ağıza toz getməsi orucu batil edirmi?

27 May 2017 21:47

Ramazan ayında necə qidalanaq? - həkim məsləhəti

27 May 2017 21:42