Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir

Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir
13:32 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ukrayna Dəmir Yolları" ASC Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib. 
"Ukrayna Dəmir Yolları" cənub istiqamətində - İrana tranzit yüklərin daşınması məqsədilə Avropadan gələn yüklərin Ukrayna sərhəd-keçid məntəqələrindən keçərək, Orta Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq şərtilə köməklik göstərməyi təklif edir", - deyə İ.Hüseynov Bakıda imzalanmış müqavilənin detallarını açıqlayarkən bildirib. 
Qeyd edək ki, bu gün "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" ASC arasında imzalanan müqavilə Şimal-Cənub dəhlizinə yeni yüklərin cəlb olunması və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/ukrayna-simal-cenub-beynelxalq-neqliyyat-dehlizine-qosulmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR