Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə prezidenti: "Qapıları açarıq"

Türkiyə prezidenti: "Qapıları açarıq"

Date: 25 November 2016 13:32

Bakı. 25 noyabr. REPORT.AZ/ “Belə boş, tez-tez edilən təhdidlərin nə mən, nə də bu millət çəkinər. Daha irəli getsəniz, qapıları açarıq”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Ədalət və Qadın” beynəlxaq konqresində Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqqında Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
“Atılan addımın mənasını sizə söyləyim - Türkiyə Avropa İttifaqına girsin, ya girməsin? Səsverməni niyə keçirdilər, çünki Ərdoğan doğru açıqlamalar verir. 400-500 nəfər səs verib, hə deyir. Siz insanlığa heç bir zaman dürüst yanaşmadınız. Siz köçkün körpələrə heç zaman sahib çıxmadınız. Üç milyon qaçqına ölkəmizdə qapı açan bizik. Siz isə verdiyiniz sözə belə əməl etmədiniz. Kapıkuleye 50 min qaçqın toplaşanda fəryad edirdiniz. “Türkiyə qapıları açsa, nə edərik”- dediniz. Bura baxın, əgər daha çox irəli getsəniz, qapıları aça bilərik”, - deyə o vurğulayıb. 


Tags:  Türkiyə prezidenti Qapıları açarıq

RƏYLƏR


Top news