Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğandan Avropaya TƏHDİD: “Daha da irəli getsəniz...” - VİDEO

Ərdoğandan Avropaya TƏHDİD: “Daha da irəli getsəniz...” - VİDEO

Date: 25 November 2016 13:38

“Daha da irəli getsəniz, sərhəd qapıları miqrantlar üçün açıla bilər”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qərarını şərh edərkən deyib.

“Heç bir zaman insanlığa qarşı dürüst davranmadınız. Üç milyon qaçqını saxlayan bizik, verdiyiniz sözləri yerinə yetirmədiniz. Türkiyə sərhəd qapılarını açarsa, nə edəcəksiniz?” - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Ərdoğan daha əvvəl də eyni təhdidlə çıxış edib. Prezident ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb:

“Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.

Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də Türkiyəyə vermədiyini xatırladıb.

Ömər Dağlı


Tags:  Ərdoğandan Avropaya TƏHDİD irəli getsəniz VİDEO

RƏYLƏR


Top news