Bakıda keçirilən beynəlxalq biznes forum çərçivəsində 6 sənəd imzalanıb - FOTO

Bakıda keçirilən beynəlxalq biznes forum çərçivəsində 6 sənəd imzalanıb - FOTO
13:42 25 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bu gün keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes forumda bir neçə saziş imzalanıb.

MilliAz Trend-ə istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC və "Ukrayna Dəmir Yolları" arasında anlaşma memorandumu imzalanıb. Sənədi "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov və "Ukrayna Dəmir Yolları" İdarə Heyətinin üzvü Marek Zalesnı imzalayıblar.

Bundan başqa, "TransKonteyner" Publik Səhmdar Cəmiyyəti və Çinin "Dalyan limanı Korporasiyası" arasında strateji əməkdaşlıq haqqında memorandum, "TransKonteyner" Publik Səhmdar Cəmiyyəti və "Azərbaycan Dəmir Yolları" QSC arasında əməkdaşlıq haqqında memorandum, Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası və "RJD Logistika" Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq haqqında saziş, "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" QSC arasında əməkdaşlıq haqqında memorandum və "RJDstroy" Səhmdar Cəmiyyəti və "Bakı metropoliteni" arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR