"Son" proqnozu verildi

"Son" proqnozu verildi
09:56 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ilin birinci rübündə ABŞ şirkətləri iflasa uğrayacaq.

ANS PRESS-in məlumatına görə, bu proqnozu neft hasilatı ölkələrinin təşkilatı OPEK verib.

OPEK rəsmilərinin fikrincə Amerikanın iflası sadəcə zamana qalıb. Çünki hazırda neft şirkətlərinin ziyanını sığorta şirkətləri ödəyir, vəsait və sığorta müddəti qurtardıqdan sonra isə “son” qaçılmaz olacaq. Xəbər verilir ki, ABŞ-ın bir çox neft şirkətləri özlərini 2015-ci ilin birinci yarısına qədər sığorta ediblər. Yalnız bir neçə şirkət sığortanın vaxtını 2015-ci ilin sonuna qədər uzadıb. Reuters xəbər verir ki, şirkətlərin özünün potensial risklərdən sığortalaması siyasəti indi artıq bir çox şirkətlər tərəfindən gələcəkdə olan təhlükələrdən qaçmaq üçün nəzərdə tutulur.

Bundan irəli gələrək OPEK 2015-ci ilin birinci rübünün hesabatını səbirsizliklə gözləyir. Bu onların tətbiq etdiyi “bazarın özünütənzimləmə” siyasətinin nəticəsi olacaq.

Xatırladaq ki, 2014-cü ilin 27 noyabrda OPEK ölkələri Vyanada keçirilən görüşdə düşən qiymətlər fonunda neft hasilatını azaltmamaq qərarına gəlib. Güman edilir ki, Səudiyyə Ərəbistanı İran və Venesuela kimi ölkələri məhz ABŞ iflası proqnozu ilə hasilatının azalmaması barədə razılığa gətirib.

Xəbəri yayan Reuters agentliyinin ekspertləri baş verənləri ümumiyyətlə “əsəblərin müharibəsi” adlandırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=317938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR