Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xodorkovskinin ortağının nəvəsi azərbaycanlı məmurun qohumu ilə birlikdə qəzada öldü

Xodorkovskinin ortağının nəvəsi azərbaycanlı məmurun qohumu ilə birlikdə qəzada öldü

Date: 25 November 2016 13:52

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Cenevrə gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması prosedurunda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideynlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı və magistraturanın birinci kursunda oxuyurdu. Atasının dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Yaqubova ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

Milli.Az


Tags:  Xodorkovskinin ortağının nəvəsi azərbaycanlı məmurun qohumu birlikdə qəzada öldü

RƏYLƏR


Top news