İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib

İsraildəki yanğınları söndürmək üçün Azərbaycandan təyyarə göndərilib
14:02 25 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri görülüb.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.
Təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-sraildeki-yanginlari-sondurmek-ucun-azerbaycandan-teyyare-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR