Rafet Bakını gəzəcək

Rafet Bakını gəzəcək
14:06 25 Noyabr 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinə sayılı günlər qalıb.

Axşam.az-ın məlumatına görə, təşkilatçılığını Nahid Emiloğlunun edəcəyi tədbir dekabrın 20-də Heydər Əliyev Sarayında baş tutacaq.

Gecədə ifaçı orkestrı ilə birlikdə sevilən mahnılarını canlı səsləndirəcək. Rafet Bakıya konsertdən bir neçə gün əvvəl gələcək. Uzun müddətdir Azərbaycana gəlməyən ifaçı şəhəri gəzməyi planlaşdırıb.

Tədbirin aparıcısı Nanə Ağamalıyevadır. Mərasimdə dicey Roşka da qonaq olacaq.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR