Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Donald Tramp olimpiadanın bayraqdarı ola bilər

Donald Tramp olimpiadanın bayraqdarı ola bilər

Date: 25 November 2016 14:12

Bakı. 25 noyabr. REPORT.AZ/ 2024-cü il Yay Olimpiya Oyunları ABŞ-da keçiriləcəyi təqdirdə, ölkə prezidenti Donald Tramp bayraqdar ola bilər. "Report"un məlumatına görə, bu barədə "Los-Anceles-2024" Sifariş Komitəsinin icraçı direktoru Cin Sayks açıqlama verib.
C.Sayks bununla bağlı məktub aldığını deyib: "Həmarlarımın birindən məktub almışam. Orada ABŞ prezidentinin 2024-cü ildə keçiriləcək olimpiadaya Los-Ancelesin ev sahibliyi üçün namizədliyini irəli sürməsini dəstəklədiyi bildirilir. Onun Olimpiya Oyunlarını sevdiyinə heç bir şübhə yoxdur. Bu səbəbdən, Los-Ancelesin ev sahibliyinə çox ciddi dəstək nümayiş etdirir. Düşünürəm ki, bu bizim sifarişimiz üçün çox vacibdir. Hər kəs görür ki, prezidentimiz yanımızdadır. Tramp, ABŞ-da keçiriləcəyi halda, 2024-cü il olimpiadasının bayraqdarı ola bilər. Düşünürəm ki, bu, bizim ölkənin olimpiadaya ev sahibliyi etmək istəyini nümayiş etdirir və çox vacib amildir".
Oyunlara Los-Ancelesdən əlavə, Fransanın paytaxtı ParisMacarıstanın paytaxtı Budapeştin də namizədliyi irəli sürülüb.
Qeyd edək ki, əvvəllər Donald Trampın ABŞ prezidenti seçilməsinin Los-Ancelesin 2024-cü il Yay Olimpiya Oyunları uğrunda mübarizədə qələbə şanslarına mənfi təsir edəcəyi bildirilirdi. Səbəb kimi onun birmənali olmayan və sərt açıqlamaları göstərilirdi.


Tags:  Donald Tramp olimpiadanın bayraqdarı ola bilər

RƏYLƏR


Top news