Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkədən çıxışına qadağa qoyulanların sayı artır - SİYAHI

Ölkədən çıxışına qadağa qoyulanların sayı artır - SİYAHI

Date: 25 November 2016 14:12

24 noyabr tarixinə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri və fiziki şəxslərin siyahıları açıqlanıb.

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin siyahısında 454, Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısında isə 1015 nəfərin adı var.

Bundan əvvəl həmin siyahılarda müvafiq olaraq 449 və 998 nəfər var idi.

Milli.Az


Tags:  Ölkədən çıxışına qadağa qoyulanların sayı artır SİYAHI

RƏYLƏR


Top news