Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranda sərnişin qatarları toqquşdu: 15 ölü, 60-dan çox yaralı

İranda sərnişin qatarları toqquşdu: 15 ölü, 60-dan çox yaralı

Date: 25 November 2016 14:14

 

İranın Simnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.

 

APA-nın Tehran bürosunu məlumatına görə, hadisə yerli vaxtla 7:40 radələrində baş verib.

 

Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib.

 

Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.

 

İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi deyib ki, hadisə zamanı 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. O bildirib ki, toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb: “Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir”.

 

İranın Təcili Tibi Yardım Stansiyasının rəhbəri Pirhüseyn Kulivənd isə qatarların toqquşması nəticəsində 8 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını deyib.


Tags:  İranda sərnişin qatarları toqquşdu 15 ölü 60-dan çox yaralı


RƏYLƏR


Top news