Türkiyənin müdafiə naziri: “Avstriya parlamenti çox uğursuz qərar qəbul edib”

Türkiyənin müdafiə naziri: “Avstriya parlamenti çox uğursuz qərar qəbul edib”
14:17 25 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ “Bu, çox uğursuz bir qərardır".
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık Avstriya parlamentinin Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
“Türkiyə heç vaxt müharibəni, silahlı qarşıdurmanı və gərginliyi müdafiə edən bir ölkə olmayıb. Bizim təməl prinsipimiz belədir: “Yurdda sülh, dünyada sülh!” Avstriya parlamentinin silah satışı ilə bağlı embarqosu praktik olaraq, Türkiyəyə təsir etməyəcək. Bununla belə, həlledici texnologiyaların inkişafı üçün işimizi gecə-gündüz davam etdirməliyik. Bu, qulağımızda sırğa olmalıdır”.
Qeyd edək ki, ötən gün Avstriya parlamenti Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdillilə qəbul edib.
Sənəd Avstriyadan Türkiyəyə döyüş sursatları, müdafiə silahları, hərbi və asayişin qorunması sahələrində istifadə ediləcək vəsaitlərin göndərilməsinin yasaqlanması nəzərdə tutur.
Bu qərar Avstriya hökuməti üçün qanuni gücə malik olmasa da, Nazirlər Kabinetinin Türkiyə ilə münasibətlərdə həmin sənədi nəzərə alacağı gözlənilir.   

Xəbərin orijinal ünvanı: https://report.az/region/mudafie-naziri-avstriya-parlamenti-cox-ugursuz-qerar-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR