Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qızılın qiyməti bir gündə 200 dollar düşə bilər

Qızılın qiyməti bir gündə 200 dollar düşə bilər

Muzeydən 100 kq qızıl oğurlandı (27 Mart 2017 18:33)
Neft ucuzlaşdı (27 Mart 2017 09:28)
Azərbaycan nefti ucuzlaşdı (25 Mart 2017 12:12)

Tarix: 25 Noyabr 2016 14:17

Dünya bazarında qızılın unsiyasının qiyməti bir gündə 200 dollar düşə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu açıqlama ABŞ-ın məşhur "Marketwatch" maliyyə xəbərləri və araşdırma saytı tərəfindən verilib. 

Saytda dərc olunan araşdırmaya görə, ABŞ-da keçirilən prezident seçkiləri qızıl aktivlərinin satışını başlatsa da, Hindistanda 500 və 100 rupilik əskinasların tədavüldən çıxarılması qızılın qiymətinin düşməsini sürətləndirib. Belə ki, bu ölkənin "kölgə iqtisadiyyatı"nın ümumi iqtisadiyyatın 20-25%-nə çatdığı bildirilir. Bu da qeyri-leqal kapitalın leqallaşdırılması zərurəti yaradıb. Son 50 ildə məhz qeyri-leqal yolla əldə olunmuş 500 və 100 rupilik əskinaslar qızılın alınmasına yönəldılib ki, hazırda bu əskinasların dövriyyədən çıxarılması qızıla tələbatı kəskin azaldıb.
Qeyd edək ki, Hindistan təxminən 700 ton qızıl idxalı ilə dünyada ilk sıralarda qərarlaşıb. Buna görə də idxalın kəskin azalması qiymətlərə mənfi təsir edib. Hindistan Zərgərlər Assosiasiyasından verilən xəbərə görə, ölkə hökumətinin ümumiyyətlə qızıl idxalını qadağan etməsi barədə şayiələr yayılıb. Ekspertlər isə belə olacağı təqdirdə qızılın unsiyasının qiymətinin bir gündə 200 dollar azalacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, qızılın unsiyasının qiyməti hazırda 1 185 dollara bərabərdir. İlin əvvəlindən qızılın qiyməti 11,8% artıb. Hazırda qızıl 2016-cı ilin maksimal qiymətindən 190 dollar və ya 13,8%, minimal həddindən isə 11,8% fərqlə satılır. Xatırladaq ki, qızılin qiyməti bu ilin ilk günündən artmağa başlayıb və iyulun 6-da ilin maksimal səviyyəsinə yüksəlib.

Milli.Az


Teqlər:  Qızılın qiyməti gündə 200 dollar düşə bilər



RƏYLƏR


Top xəbərlər