"Mançester"ə uduzmayıb "Fənərbağça"ya kömək etməyə çalışacağıq"

"Mançester"ə uduzmayıb "Fənərbağça"ya kömək etməyə çalışacağıq"
14:17 25 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

"Zarya" Avropa Liqasında mübarizəni dayandırıb. Qrup mərhələsinin 5-ci turunda "Fənərbağça"ya uduzan Odessa təmsilçisi A qrupunda sonuncu yeri tutacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yuri Vernidub son oyunda "Mançester Yunayted"dən xal almaq istədiklərini qeyd edib.

"Fikrimcə, "Fənərbağça"ni dəstəkləmək üçün stadiona gələn azarkeşlər oyundan razı qaldılar. Yaxşı oynamağa çalışdıq. Birinci hissədə rəqibdən daha üstün olsaq da, fərqlənə bilmədik. İkinci hissədə buraxılan qola qədər bərabər oyun getdi. Bu, idmandır. Udan və uduzan olur. "Fənərbağça"ni təbrik edir və finala qədər irəliləməyi arzu edirəm. "Mançester Yunayted"lə son oyuna bütün biletlər satılıb. Anşlaq olacaq. Uduzmayıb "Fənərbağça"nin pley-offa çıxmasına kömək etməyə çalışacağıq. Hesab edirəm ki, İstanbul klubu buna daha layiqdir. "Yunayted" Odessaya əsas heyətlə gələcək. Onlara risk etmək olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR