Müsabiqədən sonra məşhurlaşan azərbaycanlı müğənnilər - SİYAHI - FOTOlar

Müsabiqədən sonra məşhurlaşan azərbaycanlı müğənnilər - SİYAHI - FOTOlar
14:32 25 Noyabr 2016
161 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin bəzi məşhur ifaçıları bir vaxtlar müxtəlif müsabiqələrin iştirakçısı olublar.

Milli.Az axşam.az-a istinadən musiqi yarışlarında tanınan və ondan sonra sənətini davam etdirən müğənnilərin siyahısını təqdim edir:

Əməkdar artist Nurlan Növrəsli "Azəri star" yarışının iştirakçısı olub. 

Elton Hüseynəliyev də "Azəri star" müsabiqəsinin iştirakçılarından biridir. Yarış bitəndən sonra da ifaçı sənətini davam etdirib. 

Aysel Əlizadə "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub. 

Elvin Abdullayev "Yeni ulduz 4" müsabiqəsində yer alıb. Yarışda ikinci yerə qədər gəlib çatıb. 

İlhamə Qasımova "Yeni ulduz 4" müsabiqəsində birinci olub. Hazırda müğənni kimi fəaliyyətini davam etdirir.

Sevinc Musayeva da "Yeni ulduz"da yer alan və oradan tanınan ifaçılardandır. 

Sevda Yahyayeva "Yeni ulduz" müsabiqəsinin üçüncüsü olub. Yarışdan sonra da sənətini davam etdirib.

Ayaz Qasımov "Azəri star" yarışında iştirak edib. 

Elnur Hüseynov "Sing your song" müsabiqəsində iştirak edib. Daha sonra "O səs Türkiyə" müsabiqəsinə qatılıb və birinci olub. Ötən il "Eurovision"da ölkəmizi təmsil edib.

Səmra Hüseynova "Səs Azərbaycan"da iştirak edib. "O səs Türkiyə" yarışına qatılıb. Azərbaycanın "Eurovision 2016" mahnı müsabiqəsinin təmsilçisi olub. 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/492938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR