Ölkədə qrip təhlükəsi var?

Ölkədə qrip təhlükəsi var?
14:32 25 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

"Cari mövsümdə 115 nəfərdən ağır gedişli virus infeksiyalarına görə nümunə götürülüb"

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən götürülən laborator müayinələrdə qrip virusları aşkar edilməyib. "Bu günə qədər qeydiyyatda olan xəstələrdə kəskin respirator virus infeksiyaları aşkar edilməyib, ölkədə qrip təhlükəsi yoxdur. Hadisə olmadığına görə şübhəli xəstələr müayinə olunanda qrip virusları aşkar edilmir". 

A.Əliyeva qeyd edib ki, qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri əmr imzalayıb.

"Əmr 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi barədə göstərişlər verilib".

Afaq Əliyeva bildirib ki, hal-hazırda respublikada bu sahədə işlər gücləndirilib. "Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən bu sahədə işlər hal-hazırda davam etdirilir. Dezinfeksiya tədbirlərinin birinci mərhələsi artıq baş çatıb. İkinci mərhələ iki həftə və bir ay sonra təkrarən başlayacaq". 

A.Əliyevanın sözlərinə görə, ölkədə insanların kəskin respirator infeksiyalarına yoluxma hallarında artım müşahidə edilməyib. "Ölkədə respirator infeksiyalarına yoluxma hallarında artım yoxdur, vəziyyət sabitdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR