İkardi: "Bizim üçün bəraət yoxdur"

İkardi: "Bizim üçün bəraət yoxdur"
14:37 25 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" Avroliqanın qrup mərhələsində "Hapoel Ber Sheva" klubuna uduzmaqla (2:3) mübarizəni dayandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "nerazzurri"nin hücumçusu Mauro İkardi fikirlərini klubun rəsmi saytına bildirib.

"Birinci hissədə meydanda əsl "İnter" vardı. İkinci hissəni unutmaq lazımdır. Xarakter göstərə bilmədik. Bizim üçün bəraət yoxdur. İlin sonuna az qalıb. Komanda isə hələ də lazımi nəticələr qazana bilmir. Hər şeyi düzəltmək üçün komanda kimi oynamalıyıq. Birinci hissəni 2 qol üstün olduğumuz oyunda məğlub olduq. Susub gərgin çalışmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR