DİN Gəncədə əməliyyat keçirib, xeyli sayda odlu silah-sursat, partlayıcı maddə və qurğular aşkar edilib

DİN Gəncədə əməliyyat keçirib, xeyli sayda odlu silah-sursat, partlayıcı maddə və qurğular aşkar edilib
14:37 25 Noyabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların aşkar edilməsi məqsədilə Gəncə şəhərində əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu abrədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.










Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-gencede-emeliyyat-kecirib-xeyli-sayda-odlu-silah-sursat-partlayici-madde-ve-qurgular-askar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR