Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarusa tütün aparan yük avtomobili Ağsuda aşdı

Belarusa tütün aparan yük avtomobili Ağsuda aşdı

Date: 25 November 2016 14:39

Ağsu rayonu ərazisində yük avtomobili aşıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Madaqaskar vətəndaşı, 1965-ci il təvəllüdlü Ramanari Jaona Andryaninanın idarə etdiyi,  Belarus Respublikasındakı özəl şirkətə məxsus Aİ7452-3 nömrə nişanlı, “MAN” markalı yük avtomobili qəflətən qarşısına çıxan maneə səbəbindən yolun kənarına aşıb.

 

Hadisə zamanı sürücü xəsarət almayıb, avtomobilin yük yerindəki qutularda olan tütün məhsulunun bir hissəsi yola dağılıb. Yükün Şəkidən Belarusa aparıldığı bildirilir.

 

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  


Tags:  Belarusa tütün aparan yük avtomobili Ağsuda aşdı


RƏYLƏR


Top news