Belarus prezidenti gələn həftə Azərbaycana gəlir

Belarus prezidenti gələn həftə Azərbaycana gəlir
14:42 25 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək. Milli.Az bildirir ki, bu barədə Trend Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.

Görüşlərin yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR