Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək

Date: 25 November 2016 14:47

Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Moskvada keçirilən təntənəli mərasim çərçivəsində patriarx Kirill həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə geniş tərkibdə, həm də şeyxülislamla təkbətək görüşü keçirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Məlumata görə, patriarx Kirill ad günü ilə bağlı qrafikinin gərgin olmasına baxmayaraq, A.Paşazadə ilə ayrıca görüşə vaxt ayırıb və xüsusi ehtiram göstərib. A.Paşazadə bu özəl münasibətə görə patriarx Kirillə təşəkkürünü bildirib.

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli məsələsinə də xüsusi diqqət ayırıb. O, münaqişənin sülh yolu ilə ədalətli həllinin vacibliyini bildirib və bu yolda vasitəçilik missiyasını bundan sonra da davam etdirəcəyini qeyd edib.

R.Dadaşova yubiley tədbirləri çərçivəsində baş tutun görüş və danışıqları dinlərarası dialoqun yüksək nümunəsi və Azərbaycanın, Qafqazın dini liderinə verilən böyük dəyər kimi səciyyələndirib.

R.Dadaşova bildirib ki, yubiley tədbirlərinin Rusiyanın baş naziri Dmitri Medvedevin iştirakı ilə keçən hissəsində təbrik çıxışları edən şeyxülislam A.Paşazadə və erməni katalikosu II Qaregin arasında xoşməramlı görüş də baş tutub.

O əlavə edib ki, yubiley tədbirləri çərçivəsində A.Paşazadənin bütün Gürcüstanın patriarx-katolikosu II İlya ilə də səmimi görüşü olub. Görüşdə Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Milli.Az


Tags:  Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli vasitəçilik missiyasını davam etdirəcək


RƏYLƏR


Top news